Bakı. Trend:
Azərbaycanda heyvanlardan minatəmizləmə fəaliyyətində partlayıcı sursatların aşkarlanması məqsədilə istifadə edilməsinin hüquqi əsası yaradılacaq.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirə olunan “Heyvanlar aləmi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, bu qanun, digər normativ hüquqi aktlarının tələblərinə əməl etmək şərtilə heyvanlardan minatəmizləmə fəaliyyətində partlayıcı sursatların aşkarlanması məqsədilə standart əməliyyat prosedurlarına uyğun istifadə edilməsi həyata keçirilə biləcək.
