Bakı. Trend:
Liviyanın Tripoli şəhərində yerləşən Milli Razılıq Hökuməti ölkənin Baş Qərargah rəisi Məhəmməd əl-Həddadın Türkiyədə baş verən təyyarə qəzasında həlak olması ilə əlaqədar üç günlük matəm elan edib.
Trend xəbər verir ki, matəm bütün ölkə ərazisində qüvvədə olacaq.
Qeyd edək ki, qəza zamanı təyyarədə general-polkovnik Məhəmməd Əli Əhməd Əl-Həddad və onun 5 nəfərlik nümayəndə heyəti olub, uçuş heyətində isə iki pilot və bir bort bələdçisi yer alıb.
Hadisə səbəbindən Ankaranın Esenboğa Hava Limanında uçuşlar müvəqqəti dayandırılıb.
xxx
01:08
Ankara Baş Prokurorluğu Esenboğa Hava Limanından qalxan və Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Məhəmməd Əli Əhməd Əl-Həddad da daxil olmaqla sərnişinləri daşıyan "Falcon 50" təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmaya başlayıb.
Trend xəbər verir ki, bunu Türkiyə ədliyyə naziri Yılmaz Tunç bildirib.
Qəza zamanı təyyarədə general-polkovnik Məhəmməd Əli Əhməd Əl-Həddad və onun 5 nəfərlik nümayəndə heyəti olub, uçuş heyətində isə iki pilot və bir bort bələdçisi yer alıb.
Hadisə səbəbindən Ankaranın Esenboğa Hava Limanında uçuşlar müvəqqəti dayandırılıb.
xxx
00:33
Liviyanın Milli Birlik Hökumətinin Baş naziri Abdel Hamid Dbeyba Türkiyədə Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Məhəmməd Əli Əhməd əl-Həddad və onu müşayiət edən hərbi nümayəndə heyətinin üzvlərinin təyyarə qəzasında vəfat etdiyini təsdiqləyib.
Trend xəbər verir ki, bu barədə Baş nazirin yaydığı bəyanatda vurğulanıb.
Qəza zamanı təyyarədə general-polkovnik Məhəmməd Əli Əhməd Əl-Həddad və onun 5 nəfərlik nümayəndə heyəti olub, uçuş heyətində isə iki pilot və bir bort bələdçisi yer alıb.
Hadisə səbəbindən Ankaranın Esenboğa Hava Limanında uçuşlar müvəqqəti dayandırılıb.
xxx
23:53
Ankarada qəzaya uğrayan "Dassault Falcon 50" tipli biznes jetin qalıqları aşkar edilib.
Trend xəbər verir ki, bu barədə "Milliyet" məlumat yayıb.
Təyyarədə Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Məhəmməd Əli Əhməd Əl-Həddad və onun 5 nəfərlik nümayəndə heyəti olub. Uçuş heyətində isə iki pilot və bir bort bələdçisi yer alıb.
Hadisə ilə əlaqədar Ankaranın Esenboğa Hava Limanında uçuşlar müvəqqəti dayandırılıb.
xxx
23:16
Liviyanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin olduğu “Falcon-50” tipli biznes jet təyyarəsi Ankarada qəzaya uğrayıb.
Trend xəbər verir ki, təyyarədə Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Məhəmməd Əli Əhməd Əl-Həddad və onun 5 nəfərlik nümayəndə heyəti olub. Uçuş heyətinin tərkibində isə iki pilot və bir bort bələdçisi yer alıb.
Məlumata görə, Məhəmməd Əli Əhməd Əl-Həddad bu gün Türkiyənin milli müdafiə naziri Yaşar Güler ilə görüş keçirib.
Hadisə ilə əlaqədar Ankaranın Esenboğa Hava Limanında uçuşların müvəqqəti olaraq dayandırıldığı bildirilib.
