...

Şuşa şəhərində minatəmizləmə fəaliyyətinin aparılma qaydaları müəyyənləşdirilir

Cəmiyyət Materials 23 Dekabr 2025 14:00 (UTC +04:00)
Şuşa şəhərində minatəmizləmə fəaliyyətinin aparılma qaydaları müəyyənləşdirilir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Şuşa şəhərinin ərazisində minatəmizləmə fəaliyyətinin aparılma qaydaları müəyyənləşdiriləcək.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, tarixi və arxeoloji əhəmiyyət kəsb edən ərazilərdə minatəmizləmə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) nümayəndəsinin iştirakı ilə aparılacaq və bu zaman həmin ərazi əvvəlcədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəzərdən keçiriləcək və abidələrin ilkin tədqiqi təmin ediləcək.

Şuşa şəhərinin ərazisində minatəmizləmə fəaliyyəti aparılarkən abidə aşkar edildikdə aparılan iş dərhal dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməlidir. Bu halda işlərin davam etdirilməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti