...

SOCAR Türkiyədə yerləşən elektrik stansiyasını 225 milyon dollara əldə edib

İqtisadiyyat Materials 23 Dekabr 2025 11:23 (UTC +04:00)
SOCAR Türkiyədə yerləşən elektrik stansiyasını 225 milyon dollara əldə edib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədə yerləşən "Gama Enerji İç Anadolu" elektrik stansiyasını (870 MVt) 225 milyon dollara əldə etməsi üzrə müqavilə imzalayıb.

Trend xəbər verir ki, müqavilə Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumu çərçivəsində imzalanıb.

Razılaşmaya əsasən, gücü 870 MVt olan elektrik stansiyasının 100% payı SOCAR-a məxsus olacaq. Sövdələşmənin dəyəri 225 milyon ABŞ dolları təşkil edir.

"Bu investisiya SOCAR-ın Türkiyədə enerji istehsalı sahəsində mövqelərini gücləndirməklə yanaşı, Azərbaycan və Türkiyə arasında strateji enerji əməkdaşlığının daha da dərinləşməsinə xidmət edir", - məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti