...

Son 22 ildə Azərbaycan iqtisadiyyatında artım faizi qlobal dinamikanı azı 100 faiz bənd üstələyib – Deputat

Cəmiyyət Materials 23 Dekabr 2025 11:42 (UTC +04:00)
Son 22 ildə Azərbaycan iqtisadiyyatında artım faizi qlobal dinamikanı azı 100 faiz bənd üstələyib – Deputat
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin 22 illik prezidentlik dövründə Azərbaycan iqtisadiyyatı 4 dəfə böyüyüb.

Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında deyib.

Millət vəkili bildirib ki, bu müddətdə qlobal ümumi daxili məhsul 39.3 trilyon dollardan 113.8 trilyon dollaradək artıb:

“Yəni dünya iqtisadiyyatında 2.9 dəfə artım qeydə alınıb. Bu isə o deməkdir ki, həmin müddətdə Azərbaycan iqtisadiyyatında artım faizi qlobal inkişaf dinamikasını ən azı 100 faiz bənd üstələyib.

Həmin müddətdə Azərbaycanın xarici ticarət dövriyyəsi 11 dəfə artıb. Qlobal ticarət dövriyyəsi isə sözügedən arada 9.14 trilyon dollardan 33.0 trilyon dollaradək yüksəlib. Yəni, həmin müddətdən qlobal ticarət 3.6 dəfə artıb. Deməli, Azərbaycan ticarət dövriyyəsi son 22 ildə qlobal ticarət ilə müqayisədə 3 dəfə bənd daha çox artıb.

Fiskal gəlirlərimiz və eləcə də qeyri-resurs ÜDM-dəki artım faizləri də yüksək artım faizləri ifadə olunur. Bu isə ondan xəbər verir ki, son 22 ildə Prezident İlham Əliyevin rəhbərliyi Azərbaycan iqtisadiyyatındakı və eləcə də digər makro-iqtisadi göstəricilərdəki artım faizi qlobal orta artım faizlərini üstələyib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti