...

Tramp və Ramafoza arasında görüş iyun ayında baş tuta bilər

Dünya xəbərləri Materials 27 Aprel 2025 17:48 (UTC +04:00)
Tramp və Ramafoza arasında görüş iyun ayında baş tuta bilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp və Cənubi Afrika Prezidenti Siril Ramafoza arasında bu həftə baş tutan telefon danışığı zamanı razılaşdıqları görüş yaxın üç ay ərzində baş tutacaq.

Trend xəbər verir ki, görüşün ən çox ehtimal olunan vaxtı iyunun ikinci yarısında olacaq və bu, ABŞ – Afrika biznes sammitinin keçiriləcəyi Anqolanın paytaxtı Luandada baş tutacaq. Lakin konkret tarix hələ müəyyən edilməyib.

Cənubi Afrika Prezidentinin sözçüsü Vinsent Maqvenya bildirib ki, iki ölkə arasında münasibətləri bərpa etmək və gücləndirmək məqsədilə görüş keçiriləcək. O vurğulayıb ki, iki prezident arasında şəxsi müstəvidə səmimi və mehriban münasibət var və həm Vaşinqton, həm də Pretoriya arasında ikitərəfli əlaqələrin normallaşması üçün ümumi istək mövcuddur. Maqvenya əlavə edib ki, Cənubi Afrika hökuməti ABŞ ilə qarşılıqlı faydalı bir ticarət razılaşması üçün təklif hazırlayır.

Qeyd edək ki, prezidentlər arasında telefon danışığı aprelin 23-də baş tutub. Bu danışıqda, iki lider Cənubi Afrika Respublikası ilə ABŞ arasında daha da möhkəmlənən əlaqələrin vacibliyini qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti