...

İranın Bəndər-Abbas şəhərində limanda yenidən yanğın başlayıb

Dünya xəbərləri Materials 27 Aprel 2025 16:53 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranın Bəndər-Abbas şəhərindəki Şəhid Rəcai limanında yenidən yanğın baş verib.

Trend-in məlumatına görə, bu barədə Hörmüzqan əyalətinin qubernatoru yanında fövqəladə hallar idarəsinin rəisi Mehrdad Həsənzadə bildirib.

Yanğın, limanın bir sıra konteynerlərində bitum və kimyəvi maddələrin olması səbəbindən yenidən alovlanıb. İran hökumətinin sözçüsü Fatemeh Mohacerani isə aprelin 28-ni partlayışda həyatını itirənlər üçün milli matəm günü elan edildiyini bildirib.

Xatırladaq ki, aprelin 26-da Bəndər-Abbas şəhərinin Şəhid Rəcai limanında güclü partlayış baş vermişdi. Hadisə nəticəsində son məlumatlara görə, 28 nəfər həlak olmuş, 1 205-dən çox insan isə yaralanmışdır.

Xəbər lenti

Xəbər lenti