...

Birinci rübdə Azərbaycanda həyatın yaşam sığortası üzrə yığım və ödənişlər artıb

İqtisadiyyat Materials 26 Aprel 2025 12:33 (UTC +04:00)
Birinci rübdə Azərbaycanda həyatın yaşam sığortası üzrə yığım və ödənişlər artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə həyatın yaşam sığortası üzrə 168,5 milyon manat sığorta haqqı toplanıb, 107,4 milyon manat isə sığorta ödənişi edilib.

Trend-ə bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə edib.

Məlumata görə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə bu növ sığorta üzrə yığımlar 23,5 milyon manat və ya 16,2%, ödənişlər isə 11,7 milyon manat və ya 12,2% artıb.

Belə ki, ötən ilin yanvar-mart ayları ərzində Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə həyatın yaşam sığortası üzrə 145 milyon manat sığorta haqqı toplanıb, 95,7 milyon manat isə sığorta ödənişi edilib.

Qeyd edək ki, bu ilin birinci rübündə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri 399,1 milyon manat sığorta haqqı toplayıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7% və ya 26 milyon manat çoxdur.

Yanvar-mart aylarında sığorta şirkətləri 164 milyon manat ödəniş edib ki, bu da, illik müqayisədə 10,7 milyon manat, yaxud da 7% çoxdur.

Belə ki, 2024-cü ilin birinci rübündə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 373,1 milyon manat sığorta haqqı toplanıb, 153,3 milyon manat sığorta ödənişi edilib.

Hesabat dövründə toplanmış hər 100 manat sığorta haqqından 41,1 manat sığorta ödənişi edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti