...

Şimali və Baltikyanı ölkələr İsveç CV90 piyada döyüş maşınlarının təxminən üçdə birini Litvada yığacaq

Dünya xəbərləri Materials 27 Aprel 2025 13:04 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Şimali və Baltikyanı ölkələrin almaq niyyətində olduğu İsveç CV90 piyada döyüş maşınlarının təxminən üçdə birinin Litvada yığılması planlaşdırılır.

Trend xəbər verir ki, bunu Litvanın baş naziri Qintautas Paluçkas deyib.

Baş nazirin sözlərinə görə, ilkin razılaşmaya əsasən, CV90 piyada döyüş maşınlarının təxminən 30 faizi Litvada yığılacaq. "Litva müəssisələri təchizat zəncirinə daxil olacaq", – deyə Paluçkas əlavə edib.

Şimali və Baltikyanı ölkələr ümumilikdə minə yaxın piyada döyüş maşını almağı planlaşdırır. Litva bu alqıdan təxminən yüz maşın alacaq və Litva müəssisələrinin istehsalda geniş şəkildə iştirak etməsi gözlənilir.

Paluçkas həmçinin, İsveç müdafiə sənayesinin Litvada silah fabrikləri tikmək təklifini nəzərdən keçirdiyini bildirib. Bu təklifdə bəzi müdafiə zavodları və fabriklərinin ölkədə qurulması və istehsalın bir hissəsinin Litvada qalması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti