Bakı. Trend:
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 27.04.2025-ci il tarixində saat 15:07-də Böyük Şor bulvarı ərazisindən uşaqların yıxılaraq xəsarət alması səbəbilə çağırış daxil olub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
"Xəsarət alan şəxslər yerində tapılmayıb"- deyə TƏBİB-dən qeyd edilib.
Qeyd edək ki, daha öncə sosial şəbəkədə Böyük Şor bulvarında küləyin attraksionu aşırmasının görüntüləri yayılmışdı.