...

Tailandın Baş naziri vizasız rejimə yenidən baxılmasını əmr edib

Dünya xəbərləri Materials 27 Aprel 2025 16:47 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tailandın Baş naziri Pxetqonqtan Çiknavat, əcnəbilər üçün vizasız rejimə yenidən baxılmasını və qalma müddətinin 60 gündən 30 günə endirilməsini əmr edib.

Trend-in Krallığın ictimaiyyətlə əlaqələr üzrə dövlət departamentinə istinadən verdiyi məlumata görə, Baş nazir bu qərarı, bəzi ziyarətçilərin icazə veriləndən daha uzun müddət qalaraq qanunsuz işləməsi halları aşkar edildikdən sonra qəbul edib.

Həmçinin, Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi və Turizm və İdman Nazirliyinə, vizasız rejimin effektivliyini, xüsusən də qalma müddətinin məqsədəuyğunluğunu yoxlamağa çağırılıb. Hal-hazırda Tailand, 93 ölkə və ərazinin vətəndaşları üçün 60 günə qədər vizasız rejimi tətbiq edir və bu müddət 30 günə qədər uzadıla bilər.

Qeyd edək ki, Tailandın Baş naziri Settxa Txavisin 2024-cü il iyulun 15-də qəbul etdiyi qərara əsasən, 93 ölkə və ərazidən gələn qonaqlar üçün turizm məqsədilə vizasız rejim tətbiq olunmağa başlanıb.

Xəbər lenti

Xəbər lenti