...

Azərbaycanda Çernobıl qəzası ilə əlaqədar əlilliyi olan şəxslərin sayı açıqlandı

Cəmiyyət Materials 26 Aprel 2025 10:41 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda Azərbaycanda Çernobıl qəzası ilə əlaqədar əlilliyi olan 3 800 şəxs var.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlar əlillik səbəblərinə görə iki qrupa bölünür:

  • Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslər (2 mindən çox şəxs);
  • Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi olan şəxslər (1800-dək şəxs).

Vurğulanıb ki, Nazirlik tərəfindən:

  • Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər mənzil və avtomobillə təmin olunur;
  • Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) 500 manat, 61-80 faiz pozulmasına görə (II dərəcə) 400 manat, 31-60 faiz pozulmasına görə (III dərəcə) 330 manat) ödənilir;
  • Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar I dərəcə əlilliyi olan şəxslər də Prezidentin aylıq təqaüdü (200 manat, I dərəcə gözdən əlilliyi olanlar 300 manat) ilə təmin edilir;
  • Hər iki qrupa aid əlilliyi olan şəxslərə əlilliyə görə aylıq pensiya və ya aylıq müavinət (əlillik dərəcələri üzrə müavinət hazırda müvafiq olaraq 270 manat, 220 manat, 150 manatdır) ödənilir;
  • Bütün I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər Prezidentin aylıq təqaüdü (100 manat) ilə təmin olunur;

Qeyd edilib ki, həmçinin hər iki qrupa aid əlilliyi olanların müalicəsi üçün hər il onlar birdəfəlik müavinətlə və Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş valideynlərin uşaqları, Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edən şəxslərin dispanser qeydiyyatında olan uşaqları aylıq müavinətlə təmin edilir.

Ölkəmizdə 2018-ci ildən icra olunan 5 sosial islahat paketi çərçivəsində pensiyaların orta aylıq məbləği 2,6 dəfə, müavinət və təqaüd ödənişləri isə 5 dəfə artıb.

Çernobıl qəzası ilə əlaqədar əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri, sanatoriya-kurort müəssisələrinə yollayışla təminatı və s. istiqamətlərdə də işlər aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti