Bakı. Trend:
Bu gün İran Prezidenti Məsud Pezeşkian Bəndər Abbas şəhərinə səfər edib.
Trend-in "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, dövlət başçısı şəhərdəki Şəhid Rəcai Limanına gedərək partlayışdan sonra aparılan xilasetmə işləri ilə yerində tanış olacaq.
Qeyd edək ki, son məlumata əsasən, aprelin 26-da yerli vaxtla saat 12:30-da baş verən partlayış nəticəsində 28 nəfər həyatını itirib, 1139 nəfər isə yaralanıb.