...

Azərbaycanda kredit sığortası üzrə yığımlar və ödənişlər artıb

İqtisadiyyat Materials 26 Aprel 2025 14:37 (UTC +04:00)
Azərbaycanda kredit sığortası üzrə yığımlar və ödənişlər artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən kredit sığortası üzrə toplanılmış sığorta haqlarının həcmi 1,4 milyon manat təşil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 208 min manat və ya 17,9% çoxdur.

Belə ki, ötən ilin ilk üç ayında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən kredit sığortası üzrə toplanılmış sığorta haqlarının həcmi 1,2 milyon manat olub.

Yanvar-mart aylarında bu sığorta sinifi üzrə sığorta ödənişlərinin həcmi 22 min manat olub ki, bu da, illik müqayisədə 2 min manat və ya 10% çoxdur.

2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən kredit sığortası üzrə ödənilmiş sığorta ödənişlərinin həcmi 20 min manat idi.

Qeyd edək ki, bu ilin birinci rübündə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri 399,1 milyon manat sığorta haqqı toplayıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7% və ya 26 milyon manat çoxdur.

Yanvar-mart aylarında sığorta şirkətləri 164 milyon manat ödəniş edib ki, bu da, illik müqayisədə 10,7 milyon manat, yaxud da 7% çoxdur.

Belə ki, 2024-cü ilin birinci rübündə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 373,1 milyon manat sığorta haqqı toplanıb, 153,3 milyon manat sığorta ödənişi edilib.

Hesabat dövründə toplanmış hər 100 manat sığorta haqqından 41,1 manat sığorta ödənişi edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti