...

Bakının bu hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Cəmiyyət Materials 27 Aprel 2025 11:49 (UTC +04:00)
Bakının bu hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhəri, Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində təmir işləri aparılır.

Trend xəbər verir ki, təmir işləri çərçivəsində artıq ərazidə frezlənmə (köhnə asfaltın qaşınması) prosesi yekunlaşıb və hazırda yeni asfalt-beton örtüyünün döşənməsi işləri davam etdirilir.

Buna görə də, qeyd olunan kəsişmədə hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb. Sürücülərdən işlərə anlayışla yanaşmaları və alternativ küçələrdən istifadə etmələri xahiş olunur.

Təmir işlərinin bu gün axşam saatlarına qədər yekunlaşdırılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti