Bakı. Trend:
Vaşinqtondan Londona uçan “British Airways” aviaşirkətinə məxsus “Boeing 777” təyyarəsi havaya qalxdıqdan sonra quş sürüsü ilə toqquşub və göyərtədə tüstülənmə baş verdiyi üçün Bostonda yerləşən Loqan Beynəlxalq Aeroportuna təcili eniş edib.
Trend-in “CBS News”a istinadən verdiyi məlumata görə, təyyarə ilkin olaraq Londonun Hitrou Beynəlxalq Aeroportuna uçmalı idi. Hadisədən sonra təyyarə kursunu dəyişərək Bostona istiqamətləndirilib.
Xoşbəxtlikdən, insident nəticəsində xəsarət alan olmayıb. Hazırda mütəxəssislər təyyarəyə texniki baxış keçirirlər.