...

Tramp Romada Fransa, Britaniya və Ukrayna liderləri ilə görüşəcək

Dünya xəbərləri Materials 26 Aprel 2025 11:05 (UTC +04:00)
Tramp Romada Fransa, Britaniya və Ukrayna liderləri ilə görüşəcək
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Roma Papası Fransiskin dəfn mərasimində iştirak etmək məqsədilə Vatikana səfər etmiş ABŞ prezidenti Donald Tramp İtaliyanın baş naziri Corciya Meloni, Böyük Britaniyanın hökumət başçısı Kir Starmer və Ukrayna lideri Volodimir Zelenski ilə görüşməyi planlaşdırır.

Trend xəbər verir ki, bu barədə “La Repubblica” məlumat yayıb.

Zelenskinin tədbirdə iştirak edib-etməyəcəyi sual altında olsa da, onun adı Katolik kilsəsinin mətbuat xidməti tərəfindən jurnalistlərə təqdim olunmuş nümayəndə heyətlərinin siyahısında yer alıb.

Trampın rəsmi səfər proqramına əsasən, Vatikandakı vida messasının ardından, günortadan sonra Tramp Romanı tərk edəcək.

“La Repubblica” yazır ki, Tramp Zelenski ilə 11:00-da (Bakı vaxtı ilə) Amerika səfirinin iqamətgahında (“Taverna” villası) görüşə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti