Bakı. Trend:
İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Şəhid Rəcai limanında baş verən güclü partlayış nəticəsində indiyədək 4 nəfərin öldüyü təsdiqlənib.
Trend-in məlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin Yardım və Xilasetmə İdarəsinin direktoru Babək Mahmudi yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda yanğınsöndürmə ilə yanaşı, xilasetmə əməliyyatı da davam etdirilir. Yanğının əhatəsinin çox geniş olduğu bildirilir.