...

İranda matəm elan olunub

Dünya xəbərləri Materials 27 Aprel 2025 16:00 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran hökuməti ölkənin cənubunda yerləşən Bəndər Abbas şəhərinin Şəhid Rəcai limanında baş verən faciəvi hadisə ilə əlaqədar 28 aprel matəm elan edir.

Trend-in məlumatına görə, bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Onun sözlərinə görə, İran prezidenti Məsud Pezeşkian da hadisəni yaxından izləmək üçün Bəndər Abbas şəhərinə səfər edib.

Qeyd edək ki, 26 apreldə İranın Şəhid Rəcai limanında güclü partlayış baş verib. Partlayış nəticəsində 28 nəfər ölüb, 800 nəfər xəsarət alıb. Hadisədən sonra baş verən yanğının böyük ölçüdə məhdudlaşdırıldığı bildirilir.

Xəbər lenti

Xəbər lenti