Bakı. Trend:
Ötən həftə məlum olub ki, “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nizamnamə kapitalı iki dəfədən çox artırılaraq 1,996 milyard manata çatdırılıb.
Trend xəbər verir ki, həmçinin, Asiya İnkişaf Bankı “Azərbaycan Dəmir Yolları”nın karbonsuzlaşdırma layihəsi üçün 1,250 milyon ABŞ dolları kredit ayırıb.
Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda POS-terminalların sayı kəskin artaraq 3 646 ədədə, Naxçıvan Muxtar Respublikasında 3 017 ədədə, Mil-Muğan iqtisadi rayonunda isə 2 726 ədədə çatıb.
Ötən həftə Milli Depozit Mərkəzinin “Elektron müraciət sistemi” istifadəyə verilib.
Bu il aqrar sektorda fəaliyyət göstərən şəxslərə 19,6 milyon manat məbləğində güzəştli kredit verilib. Ötən il dövlət sifarişi ilə 127 milyon manatlıq ərzaq alınıb.
Birinci rübdə ölkə iqtisadiyyatına yönəldilmiş investisiyaların sahələr üzrə bölgüsü:
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda tikinti sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların dəyəri 900,5 milyon manat, nəqliyyat sektoru üzrə investisiyaların dəyəri 659,4 milyon manat, təhsil sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların dəyəri 49,5 milyon manat, sənaye sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların dəyəri 1,6 milyard manat, informasiya və rabitə sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların dəyəri 77,1 milyon manat təşkil edib.
Büdcə daxilolmaları:
Ötən həftə bilinib ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar-mart ayları ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 50,7 milyon manat vəsaitin ödənilməsi təmin edilib. Gömrük xətti ilə dövlət büdcəsinə daxilolmalar 1,430 milyard manat olub.
Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı ildə kapital bazarında fərdi investorların investisiya məbləğinin 1 milyard manata çatdırılmasını planlaşdırır. Sığorta sektoru üzrə hesablanmış sığorta haqqının (HSH) 2026-cı ildə adambaşına minimum məbləğinin 195 manat olması planlaşdırılır. Bank sektoru üzrə biznes kreditlərinin məbləğinin 2026-cı ildə 16,5 milyard manata çatacağı proqnozlaşdırılır.
Ötən il sığorta sektorunda strategiyanın plan üzrə icra olunan fəaliyyət istiqamətləri 86,2 faiz, gecikən fəaliyyət istiqamətləri isə 13,8 faiz olub, kapital bazarları ilə bağlı işlərin 69,4%-i həyata keçirilib, ödəniş sektorunun icra statusu 88% təşkil edib, rəqəmsal maliyyə təşəbbüsləri üzrə strategiyanın icra vəziyyəti 88,9% olub, dayanıqlı maliyyə təşəbbüsləri ilə bağlı strategiyanın plan üzrə icra olunan fəaliyyət istiqamətləri 76,9 faiz, gecikən fəaliyyət istiqamətləri isə 23,1 faiz təşkil edib,
AMB sədri bildirib ki, 2024-cü ildə və son üç ilin rəqəmlərinə baxsaq, bank sektorunun kredit portfeli 15%-dən artıq böyüyüb.
Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin (İH) qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.
AMB “Premier Kredit" BOKT-un lisenziyasını ləğv edib və AMB “CFI Financial İnvestisiya Şirkəti”nə xəbərdarlıq edib.
İqtisadiyyat nazirinin birinci müavini Elnur əliyev qeyd edib ki, bu ay İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Çinə təşkil edilmiş səfər çərçivəsində Çin şirkətləri ilə imzalanmış investisiya layihələrinin ümumi həcmi təxminən 335 milyon ABŞ dolları təşkil edir.
Keçən həftə açıqlanan məlumata görə, Azərbaycanda sığorta bazarı birinci rübdə 7% böyüyüb.
Sığorta şirkətlərinin ödənişlərinin həcminə görə yanvar-mart ayları üzrə renkinqi
Sığorta şirkətlərinin yığımlarının həcminə görə yanvar-mart ayları üzrə renkinqi
Sığorta şirkətlərinin ödənişlərinin dinamikasına görə yanvar-mart ayları üzrə renkinqi
Sığorta şirkətlərinin yığımlarının dinamikasına görə yanvar-mart ayları üzrə renkinqi