...

Azərbaycanda təhsil sektoru üzrə investisiya qoyuluşu 4 dəfə artıb

İqtisadiyyat Materials 22 Aprel 2025 12:43 (UTC +04:00)
Azərbaycanda təhsil sektoru üzrə investisiya qoyuluşu 4 dəfə artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda təhsil sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların dəyəri 49,5 milyon manat təşkil edib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 37,2 milyon manat və ya 4 dəfə çoxdur.

Cari ilin ilk üç ayında təhsil sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların dəyərinin ümumi yekunda xüsusi çəkisi 1,4% təşkil edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında əsas kapitala 3,5 milyard manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz az investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 24,2 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 2,4 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti