...

Asiya İnkişaf Bankı “Azərbaycan Dəmir Yolları”nın karbonsuzlaşdırma layihəsi üçün vəsait ayırıb

İqtisadiyyat Materials 21 Aprel 2025 10:27 (UTC +04:00)
Asiya İnkişaf Bankı “Azərbaycan Dəmir Yolları”nın karbonsuzlaşdırma layihəsi üçün vəsait ayırıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) “Azərbaycan Dəmir Yolları” QSC-nin karbonsuzlaşdırma layihəsinin hazırlanması üçün 1,250 milyon ABŞ dolları kredit ayırıb.

Trend bu barədə AİB-ə istinadən xəbər verir.

Məlumata görə, bu vəsaitin maliyyələşdirilməsinin 250 min dolları Texniki Yardım Xüsusi Fondu vasitəsilə,1 milyon dolları Ağıllı Enerji İnnovasiya Fondu vasitəsilə həyata keçiriləcək.

“Azərbaycan 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35% və 2045-ci ilə qədər 45% azaltmağı hədəfləyir və bu, iqlim dəyişikliyinin ekoloji və sosial təsirlərini yumşaltmaq öhdəliyindən irəli gəlir. Nəqliyyat sektoru istixana qazı emissiyalarına səbəb olan əsas sahələrdən biridir. Buna görə də, hökumət ictimai nəqliyyatda elektrik nəqliyyat vasitələrinin istifadəsini istixana qazı emissiyalarını azaltmaq üçün tədbir kimi müəyyən edib”, deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti