Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 164 milyon manat sığorta ödənişi edilib.
Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 milyon manat, yaxud da 7% çoxdur. Belə ki, ötən ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 153,3 milyon manat sığorta ödənişi edilib.
Bəhs olunan dövrdə ən çox sığorta ödənişi edən şirkət “Paşa Həyat Sığorta” ASC (98,1 milyon manat) olub. İkinci yerdə 27,7 milyon manat ödənişlə “Paşa Sığorta” ASC, üçüncü yerdə 8,4 milyon manat sığorta ödənişi ilə “Atəşgah” Sığorta qərarlaşıb.
Yanvar-mart aylarında sığorta ödənişlərinə görə şirkətlərin renkinqi ilə aşağıdan tanış ola bilərsiniz:
Şirkət adı |
Məbləğ (min manat) |
“PAŞA Həyat Sığorta” |
98 110 |
“PAŞA Sığorta” |
27 676 |
“Atəşgah” Sığorta |
8 398 |
“Atəşgah Həyat” Sığorta |
8 201 |
“Qala Sığorta” |
5 170 |
“Meqa Sığorta” |
3 428 |
“Azərbaycan Sənaye Sığorta” |
2 785 |
“A-Qroup Sığorta” |
2 420 |
“Xalq Həyat” |
2 311 |
“Xalq Sığorta” |
1 808 |
“Aqrar Sığorta” |
1 320 |
“AtaSığorta” |
1 074 |
“Meqa Həyat Sığorta” |
706 |
“AzSığorta” |
419 |
“Qala Həyat” |
192 |
“İpək Yolu Sığorta” |
11 |