Bakı. Trend:
2026-cı ildə kapital bazarında fərdi investorların investisiya məbləğinin 1 milyard manata çatdırılması planlaşdırılır.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankının “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nın icra statusuna istinadən xəbər verir.
Məlumata görə, 2023-cü ildə bu məbləğ 150 milyon manat, 2024-cü ildə 296 milyon manat (hədəf 300 milyon manat) olub, bu il isə 600 milyon manata çatdırılması planlaşıdırılıb.
Həmçinin gələn il fərdi depo hesablarının sayı 50 min ədəd, kapital bazarlarının əhatəliliyi, kapital bazarının həcminin qeyri-neft ÜDM-də payının 14%-ə, rəqəmsal vasitələrlə həyata keçirilən əməliyyatların cəmi əməliyyatlarda payını 70%-ə, borc kapital bazarları vasitəsilə real sektor müəssisələrinin maliyyələşdirilməsini 1,5 milyard manata çatdırılması hədəflənib.
Qeyd edək ki, yüksək inkişaf potensialı olan kapital bazarları üzrə strategiya ölkəmizdə kapital bazarlarının maliyyə sistemində rolunu artırmaq və iqtisadi inkişafa töhfə vermək məqsədi daşıyır. Kapital bazarları üzrə əsas strateji hədəflər bazar infrastrukturunun inkişaf etdirilməsini, bazara olan etimadın gücləndirilməsini və dayanıqlığı, bazara çıxış imkanlarının genişləndirilməsini və investisiya alətlərinin çeşidinin artırılmasını əhatə edir.