Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 164 milyon manat sığorta ödənişi edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,7 milyon manat, yaxud da 7% çoxdur.
Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, sığorta ödənişlərində ən çox artım olan şirkət “Meqa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti olub.
Belə ki, şirkət 706 min manat sığorta ödənişi edib ki, bu da, illik müqayisədə 17,6 dəfə artım deməkdir.
Bəhs olunan dövrdə sığorta ödənişləri ən çox azalan şirkət “İpəkyolu Sığorta” ASC olub. Bu şirkət 11 min manat sığorta ödənişi edib ki, bu da, illik müqayisədə 6,5 dəfə azalma deməkdir.
Yanvar-mart aylarında üzrə sığorta ödənişlərinin dinamikasına görə, şirkətlərin renkinqi ilə aşağıdan tanış ola bilərsiniz:
Şirkət adı |
2025, yanvar-mart (min manat) |
2024, yanvar-mart (min manat) |
İllik dinamika, % |
Meqa Həyat Sığorta |
706 |
40 |
1 665 (17,6 dəfə) |
Atəşgah |
8 398 |
4 525 |
85,6 |
Qala Sığorta |
5 170 |
3 003 |
72,2 |
AzSığorta |
419 |
313 |
33,9 |
Azərbaycan Sənaye Sığorta |
2 785 |
2 115 |
31,7 |
Xalq Həyat |
2 311 |
1 857 |
24,5 |
Meqa Sığorta |
3 428 |
2 952 |
16,1 |
Atəşgah Həyat |
8 201 |
7 248 |
13,1 |
Paşa Həyat Sığorta |
98 110 |
87 012 |
12,8 |
AtaSığorta |
1 074 |
983 |
9,3 |
Paşa Sığorta |
27 676 |
28 106 |
-1,5 |
Aqrar Sığorta |
1 320 |
1 752 |
-24,7 |
A-Qroup Sığorta |
2 420 |
3 261 |
-25,8 |
Xalq Sığorta |
1 808 |
3 017 |
-40 |
Qala Həyat |
192 |
1 011 |
-81,0 (5,3 dəfə) |
İpək Yolu Sığorta |
11 |
72 |
-84,7 (6,5 dəfə) |