Bakı. Trend:
Cari ilin fevral ayının sonuna olan məlumatlara görə, Mil-Muğan iqtisadi rayonunda 2 726 ədəd POS-terminal var.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, POS-terminalların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1 562 ədəd və ya 2,3 dəfə çoxdur.
Belə ki, 2024-cü ilin fevral ayının sonuna olan məlumatlara görə, Mil-Muğan iqtisadi rayonundakı POS-terminalların sayı 1 164 ədəd olub.
Cari ilin hesabat dövründə Mil-Muğan iqtisadi rayonunda təmassız ödənişləri qəbul edən POS-terminalların sayı 2 676 ədəd, özünəxidmət terminallarının sayı 49 ədəd, bankomatların sayı isə 86 ədəd təşkil edib.
Qeyd edək ki, fevralın sonuna Azərbaycanda 124,3 min ədəd POS-terminal var. POS-terminalların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 33,8 min ədəd və ya 37,4% çoxdur. 2024-cü ilin fevral ayının sonuna olan məlumatlara görə, Azərbaycandakı POS-terminalların sayı 90,5 min ədəd olub.
Ölkədə təmassız ödənişləri qəbul edən POS-terminalların sayı 122,2 min ədəd, özünəxidmət terminallarının sayı 2,1 min ədəd, bankomatların sayı isə 3,4 min ədəd olub.