...

Bu il aqrar sektorda fəaliyyət göstərən şəxslərə 19,6 milyon manat məbləğində güzəştli kredit verilib

İqtisadiyyat Materials 21 Aprel 2025 15:10 (UTC +04:00)
Bu il aqrar sektorda fəaliyyət göstərən şəxslərə 19,6 milyon manat məbləğində güzəştli kredit verilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindın 2 480 kənd təsərrüfatı texnikası və avadanlığının satışı maliyyələşdirilib.

Bu barədə Trend Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinə istinadən xəbər verir.

Bildirilib ki, hesabat ayında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən aqrar sektorda fəaliyyət göstərən şəxslərə 1 036 müraciət üzrə 19,6 milyon manat məbləğində güzəştli kredit verilib.

Məlumata görə, bunun 19,5 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 50 min manatı güzəştli kreditlər, 78 min manatı isə mikrokreditlərdir.

Eyni zamanda, qeyd olunub ki, cari ilin yanvar-mart ayları ərzində sözügedən agentlik tərəfindən 456 baş damazlıq iribuynuzlu heyvanın alışına 1,8 milyon manat, habelə kənd təsərrüfatı texnikası və avadanlıqlarının alışı üçün 25,5 milyon manat məbləğində güzəştli vəsait ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti