...

Sığorta şirkətlərinin yığımlarının həcminə görə yanvar-mart ayları üzrə renkinqi

İqtisadiyyat Materials 25 Aprel 2025 15:11 (UTC +04:00)
Sığorta şirkətlərinin yığımlarının həcminə görə yanvar-mart ayları üzrə renkinqi
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycanda sığorta şirkətlərinin xətti ilə 399,1 milyon manat sığorta haqqı yığılıb.

Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7% və ya 26 milyon manat çoxdur.

2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda sığorta şirkətlərinin xətti ilə 373,1 milyon manat sığorta haqqı toplanılıb.

Bəhs olunan dövrdə ən çox sığorta haqqı toplayan şirkət “Paşa Həyat Sığorta” ASC (161,8 milyon manat) olub. İkinci yerdə 114,9 milyon manat sığorta haqqı ilə “Paşa Sığorta” ASC, üçüncü yerdə 27,6 milyon manat sığorta haqqı ilə “Atəşgah Həyat Sığorta” ASC qərarlaşıb.

Yanvar-mart aylarında sığorta yığımlarına görə şirkətlərin renkinqi ilə aşağıdan tanış ola bilərsiniz:

Şirkət adı

Məbləğ (min manat)

“PAŞA Həyat Sığorta”

161 832

“PAŞA Sığorta”

114 882

“Atəşgah Həyat”

27 625

“Qala Sığorta”

25 181

“Atəşgah Sığorta”

14 849

“Aqrar Sığorta”

8 817

“Azərbaycan Sənaye Sığorta”

8 640

“Xalq Sığorta”

7 647

“Meqa Sığorta”

7 529

“Qala Həyat”

6 536

“A-Qroup Sığorta”

4 385

“Meqa Həyat Sığorta”

3 731

“Xalq Həyat Sığorta”

2 549

“AtaSığorta”

2 488

“AzSığorta”

1 910

“İpək Yolu Sığorta”

482

Məqalədə:
Xəbər lenti

Xəbər lenti