Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən “CFI Financial İnvestisiya Şirkəti” Qapalıa Səhmdar Cəmiyyətinə xəbərdarlıq edilib.
Trend-ə bu barədə AMB-dən məlumat verilib.
Məlumata görə, Mərkəzi Bank tərəfindən aparılmış tematik yoxlama çərçivəsində “CFI Financial İnvestisiya Şirkəti” QSC tərəfindən “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nın tələblərinə əməl edilmədiyinə görə İnvestisiya şirkətinə xəbərdarlıq edilib və pozuntuların ən qısa zamanda aradan qaldırılması üçün icrası məcburi göstəriş verilib.