...

“Azərbaycan Dəmir Yolları” QSC-nin nizamnamə kapitalı 1 milyard manatı ötüb

İqtisadiyyat Materials 23 Aprel 2025 16:11 (UTC +04:00)
“Azərbaycan Dəmir Yolları” QSC-nin nizamnamə kapitalı 1 milyard manatı ötüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nizamnamə kapitalı iki dəfədən çox artırılıb.

Trend-in məlumatına görə, bununla bağlı müvafiq qərar qəbul edilib.

Belə ki, ADY-nin nizamnamə kapitalı 906 061 960 manatdan iki dəfədən çox artırılaraq 1 996 077 950 manata çatdırılıb.

Qeyd edək ki, ADY Prezident İlham Əliyevin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə yaradılıb. Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli qərarı ilə qurumun nizamnaməsi və strukturu təsdiq edilib.

ADY-nin qanuni təmsilçisi Rüstəmov Rövşən Mürvət oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti