Bakı. Trend:
Ötən il Azərbaycanda dövlət sifarişi ilə satın alınmış ərzaq məhsullarının ümumi dəyəri 127,1 milyon manat olub.
Trend-ə bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Məlumata görə, ötən il ümumi dövriyyə zamanı dövlət vəsaitinə 7,1% qənaət edilib.
Ötən il 209 növdə ərzaq məhsullarını 90 təşkilat müqavilə bağladığı 73 istehsalçı və satıcıdan alıb.