Bakı. Trend:
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda sənaye sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların dəyəri 1,6 milyard manat təşkil edib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 69,3 milyon manat və ya 4,6% çoxdur.
Cari ilin ilk üç ayında sənaye sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların dəyərinin ümumi yekunda xüsusi çəkisi 45,2% təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında əsas kapitala 3,5 milyard manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz az investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 24,2 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 2,4 faiz azalıb.