...

Gömrük xətti ilə büdcəyə daxil olan vəsaitin məbləği açıqlanıb

İqtisadiyyat Materials 22 Aprel 2025 14:30 (UTC +04:00)
Gömrük xətti ilə büdcəyə daxil olan vəsaitin məbləği açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin birinci rübündə Azərbaycanda gömrük xətti ilə dövlət büdcəsinə daxilolmalar 1,430 milyard manat olub.

Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 39,3 milyon manat və ya 2,7% azdır. Belə ki, 2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda gömrük xətti ilə daxilolmalar 1,470 milyard manat idi.

Cari ilin hesabat dövründə gömrük rüsumları üzrə daxilolmalar 399,3 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 964,5 milyon manat, aksizlər üzrə daxilolmalar 55,4 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 11,3 milyon manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti