...

AMB “Premier Kredit" BOKT-un lisenziyasını ləğv edib

İqtisadiyyat Materials 25 Aprel 2025 14:53 (UTC +04:00)
AMB “Premier Kredit" BOKT-un lisenziyasını ləğv edib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən “Premier Kredit Bank olmayan kredit təşkilatı” (BOKT) MMC-yə verilmiş 01.11.2014-cü il tarixli, BKT-29 nömrəli müvafiq lisenziya könüllü əsaslarla ləğv edilib.

Trend-ə bu barədə AMB-dən məlumat verilib.

Qeyd edilib ki, “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununun 25.4-cü maddəsinə əsasən, bank olmayan kredit təşkilatı lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən olunmuş qaydada ləğv edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti