...

Sığorta şirkətlərinin yığımlarının dinamikasına görə yanvar-mart ayları üzrə renkinqi

İqtisadiyyat Materials 25 Aprel 2025 17:59 (UTC +04:00)
Sığorta şirkətlərinin yığımlarının dinamikasına görə yanvar-mart ayları üzrə renkinqi
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-mart aylarında Azərbaycanda sığorta şirkətlərinin xətti ilə 399,1 milyon manat sığorta haqqı yığılıb ki, bu da, illik müqayisədə 7% və ya 26 milyon manat çoxdur.

Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, yığımlarını ən çox artıran şirkət “Meqa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti olub.

Şirkət üç ayda 3,7 milyon manat sığorta haqqı toplayıb ki, bu da, illik müqayisədə 90,2% çoxdur.

Sığorta yığımları ən çox azalan şirkət isə “AzSığorta” ASC olub. Belə ki, şirkət yanvar-mart aylarında 1,9 milyon manat sığorta haqqı toplayıb ki, bu da, illik müqayisədə 36,3% azdır.

Birinci rüb üzrə sığorta yığımlarının dinamikasına görə, şirkətlərin renkinqi ilə aşağıdan tanış ola bilərsiniz:

Şirkət adı

2025, yanvar-mart (min manat)

2024, yanvar-mart (min manat)

İllik dinamika, %

Meqa Həyat Sığorta

3 731

1 962

90,2

Xalq Sığorta

7 647

5 720

33,7

Azərbaycan Sənaye Sığorta

8 640

6 713

28,7

Qala Həyat

6 536

5 190

26

Atəşgah Həyat

27 625

22 638

22

Atəşgah

14 849

12 253

21,2

Aqrar Sığorta

8 817

7 346

20

Paşa Həyat Sığorta

161 832

143 591

12,7

Xalq Həyat

2 549

2 538

0,4

Paşa Sığorta

114 882

115 946

-1

AtaSığorta

2 488

2 594

-4,1

İpək Yolu Sığorta

482

529

-8,9

Qala Sığorta

25 181

27 781

-9,4

A-Qroup Sığorta

4 385

4 988

-12,1

Meqa Sığorta

7 529

9 547

-21,1

AzSığorta

1 910

3 000

-36,3

Məqalədə:
Xəbər lenti

Xəbər lenti