Bakı. Trend:
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda tikinti sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların dəyəri 900,5 milyon manat təşkil edib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 12,8% çoxdur.
Hesabat dövründə ölkədə mənzil tikintisi üzrə əsas kapitala yönəldilmiş investisiyaların dəyəri isə 682,9 milyon manata bərabər olub ki, bu da 2024-cü ilin ilk üç ayındakı göstəriciyə nisbətən 2,9 dəfə artım deməkdir.
Cari ilin ilk üç ayında mənzil tikintisi üzrə əsas kapitala yönəldilmiş investisiyaların dəyərinin ümumi yekunda xüsusi çəkisi 19,7% təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında əsas kapitala 3,5 milyard manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz az investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 24,2 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 2,4 faiz azalıb.