...

Milli Depozit Mərkəzinin “Elektron müraciət sistemi” istifadəyə verildi

Telekommunikasiya Materials 21 Aprel 2025 12:20 (UTC +04:00)
Milli Depozit Mərkəzinin “Elektron müraciət sistemi” istifadəyə verildi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) fiziki və hüquqi şəxslər üçün elektron müraciət imkanlarının genişləndirilməsi və müraciətlər üzrə məlumat əlçatanlığının təmin olunması məqsədilə “Elektron müraciət sistemi”ni istifadəyə verib.

MDM-dən Trend-ə verilən məlumata görə, bu sistem vasitəsilə müraciətlərin daha sürətli və rahat şəkildə reallaşdırılması təmin edilib.

Bildirilib ki, müraciət edənlər “Elektron müraciət sistemi”nə https://e-mdm.gov.az/ link vasitəsilə keçid edə bilərlər. “Elektron müraciət sistemi”ndə təqdim olunan məlumatların təhlükəsizliyinin təmin edilməsi məqsədilə gücləndirilmiş rəqəmsal imza vasitələri tətbiq olunub.

Qeyd olunub ki, sistem, eyni zamanda Milli Depozit Mərkəzinin 2024-2026-cı illər üzrə İnkişaf Strategiyasının “Əməliyyat və xidmət effektivliyinin artırılması” hədəfi çərçivəsində rəqəmsallaşma səviyyəsinin artırılması, tam funksional və çevik İT infrastrukturun yaradılması və müştəri mərkəzli yanaşmaya keçid əsasında istifadəyə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti