Bakı. Trend:
2024-cü ildə və son üç ilin rəqəmlərinə baxsaq, bank sektorunun kredit portfeli 15%-dən artıq böyüyüb.
Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri (AMB) Taleh Kazımov bu gün faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun spzlırinə görə, kredit portfelinin artımı nominal ümumi daxili məhsulun artımı ilə müqayisə olunmur: "Son üç ildə bizim kredit portfeli bütün sektorlarda - biznes, istehlak, ipoteka, mikro sahələrində iqtisadi artımı iki dəfə üstələyir.
Bankların biznesi maliyyələşdirməməsi fikri ilə qəti razı deyiləm. Keçən il bank 17.5% biznes sahəsinə kredit verib. Mikro səhələrinə ondan da çox verib. Ümumi kredit portfelimiz 18%-dən artıqdır".
"Bank sektorunun kreditləşməsi çox aktivdir. Baxmayaraq ki, son 6-9 ayda faizlər artır", - deyə AMB sədri vurğulayıb.