...

Birinci rübdə Azərbaycanda sığorta bazarı 7% böyüyüb

İqtisadiyyat Materials 25 Aprel 2025 14:55 (UTC +04:00)
Birinci rübdə Azərbaycanda sığorta bazarı 7% böyüyüb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin birinci rübündə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri 399,1 milyon manat sığorta haqqı toplayıb.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7% və ya 26 milyon manat çoxdur.

Yanvar-mart aylarında sığorta şirkətləri 164 milyon manat ödəniş edib ki, bu da, illik müqayisədə 10,7 milyon manat, yaxud da 7% çoxdur.

Belə ki, 2024-cü ilin birinci rübündə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 373,1 milyon manat sığorta haqqı toplanıb, 153,3 milyon manat sığorta ödənişi edilib.

Hesabat dövründə toplanmış hər 100 manat sığorta haqqından 41,1 manat sığorta ödənişi edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti