Bakı. Trend:
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı üzrə əsas kapitala yönəldilmiş investisiyaların dəyəri 659,4 milyon manat təşkil edib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 46,2% azdır.
Hesabat dövründə ölkədə yalnız nəqliyyat sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların dəyəri isə 657,7 milyon manata bərabər olub ki, bu da 2024-cü ilin ilk üç ayındakı göstəriciyə nisbətən 46,3% azalma deməkdir.
Cari ilin ilk üç ayında nəqliyyat sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların dəyərinin ümumi yekunda xüsusi çəkisi 18,9% təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında əsas kapitala 3,5 milyard manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz az investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 24,2 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 2,4 faiz azalıb.