...

“28 Mall”a giriş bərpa edilib (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 27 Aprel 2025 13:45 (UTC +04:00)
“28 Mall”a giriş bərpa edilib (ƏLAVƏ OLUNUB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“28 Mall” ticarət mərkəzinə giriş bərpa edilib.

Trend xəbər verir ki, bu barədə ticarət mərkəzinin sosial şəbəkə hesabındakı paylaşımda deyilir.

"28 Mall-da yaranmış texniki nasazlıq aradan qaldırılıb və ticarət mərkəzinə giriş bərpa edilib.

Hər birinizə xoş həftəsonu və alış-verişlər arzulayırıq”, - deyə paylaşımda bildirilir.

XXX

11:11

“28 Mall” ticarət mərkəzinə giriş məhdudlaşdırılıb.

Trend xəbər verir ki, bu barədə ticarət mərkəzinin sosial şəbəkə hesabındakı paylaşımda deyilir.

“Texniki səbələrə gör 28 Mall Ticarət Mərkəzində işıqlar sönüb. Təhlükesizlik məqsədilə ticarət mərkəzinə giriş müvəqqəti olaraq məhdudlaşdırılıb.

Günün ikinci yarısında ticarət mərkəzinə daxik olmağın mümkün olacağını düşünürük. Bununla bağlı bir qədər sonra yenidən sizə məlumat verəcəyik. Bütün komandamız problemin ən qısa zamanda həll edilməsi üçün çalışır”, - deyə paylaşımda bildirilir.

Xəbər lenti

Xəbər lenti