...

Vankuverdə ölənlərin sayı artıb (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 27 Aprel 2025 16:33 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Vankuverdə festival zamanı avtomobilin izdihamın üzərinə sürülməsi nəticəsində ölənlərin sayı artıb.

Trend xəbər verir ki, bu barədə Vankuver polisi "X" səhifəsində məlumat yayıb.

Filippin Lapu-Lapu festivalı zamanı yolsuzluq avtomobilinin izdihamın üzərinə sürməsi nəticəsində 9 nəfərin həyatını itirdiyini təsdiqləyib.

Hadisənin təfərrüatları ilə bağlı araşdırmalar davam edir.

XXX

12:21

Vankuverdə SUV-nin Filippin icma festivalına çırpılması nəticəsində 8 nəfər ölüb, 6 nəfər yaralanıb

Trend xəbər verir ki, bu barədə “Global News” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Onların məlumatına görə, ölənlər arasında uşaq da var. Hakimiyyət orqanları hələ ki, itkilər barədə məlumatı təsdiqləməyib.

Daha əvvəl məlum olmuşdu ki, yolsuzluq avtomobili küçə festivalında iştirak edən izdihamın üzərinə sürüb. Avtomobilin sürücüsü saxlanılıb, onun motivləri məlum deyil.

XXX

09:59

Kanadanın Vankuver şəhərində keçirilən küçə festivalında avtomobilin izdihamın üzərinə çıxması nəticəsində bir neçə nəfər həyatını itirib.

Trend xəbər verir ki, bu barədə polisə istinadən CBC məlumat yayıb.

Hadisə nəticəsində bir neçə nəfər də xəsarət alıb. Sürücü saxlanılıb, hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb.

CBC-nin məlumatına görə, hadisə aprelin 26-da axşam saat 20:00 radələrində, festivalın keçirildiyi Şərqi 41-ci prospekt və Freyzer küçəsi yaxınlığında baş verib.

Qeyd edək ki, festival Filippində hər il aprelin 27-də qeyd olunan Lapu-Lapu Gününə həsr olunub. Bayram 1521-ci ildə Maktan döyüşündə yerli başçı Lapu-Lapunun ispan işğalçıları üzərində qələbəsi şərəfinə elan edilib.

Xəbər lenti

Xəbər lenti