...

Azərbaycana səfər edəcəyimdən çox xoşbəxtəm - Məsud Pezeşkian

Siyasət Materials 27 Aprel 2025 21:41 (UTC +04:00)
Azərbaycana səfər edəcəyimdən çox xoşbəxtəm - Məsud Pezeşkian
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycana səfər edəcəyimdən çox xoşbəxtəm.

Trend xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian AzTV-yə müsahibəsində deyib.

"Çox şadam ki, Azərbaycana səfər edəcəyəm. Çünki biz Azərbaycanı özgə hesab etmirik, özümüzü orada qərib hesab etmirik. Biz keçmişdə ortaq tarixi bölüşmüşük", - o bildirib.

Onun sözlərinə görə, Azərbaycan və İran xalqları bir birinin yaxşı və pis günündə ortaq olub.

"Bizim birinci prioritetimiz qonşu ölkələrlə yaxın münasibətlərə malik olmaqdır. Azərbaycanla bizim aramızda heç bir qəriblik hissi yoxdur", - o əlavə edib.

Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycana səfər edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti