Bakı. Trend:
Amerikalı milyarder İlon Mask robotların beş il ərzində cərrahları əvəz edə biləcəyi fikrini bildirib.
Trend-in məlumatına görə, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.
Mask həmçinin bildirib ki, onun “Neuralink” şirkəti insan beyin toxumasına elektrodlar daxil etmək üçün robot cərrahdan istifadə edib. O qeyd edib ki, həkimlərin bu tapşırığı yerinə yetirmək üçün sürəti və dəqiqliyi olmayacaq.