...

Maştağada itkin düşmüş qızları evində gizlədən şəxs saxlanılıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 26 Aprel 2025 21:41 (UTC +04:00)
Maştağada itkin düşmüş qızları evində gizlədən şəxs saxlanılıb (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışı aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu RPİ əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.

Bu barədə Trend-ə DİN-in Mətbuat Xidmətindən bildirilib.

Araşdırma DİN-in nəzarətinə götürülüb.

XXX

20:58

Bakıda itkin düşmüş kimi axtarış aparılan şəxslər tapılıb.

Bu barədə Trend-ə DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib.

O deyib ki, paytaxtın Maştağa qəsəbəsində ailə üzvlərini məlumatlandırmadan itkin düşmüş kimi axtarış aparılan 2008-ci il təvəllüdlü A.H və 2007-ci il təvəllüdlü R.H polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə tapılıblar.

Hazırda onların qaçma səbəbləri və digər təfərrüatları araşdırılır.

Xəbər lenti

Xəbər lenti