...

Azərbaycanla ticarət, sənaye və müştərək əməkdaşlıqlar nöqteyi nəzərindən müsbət addımlar atıla bilər - Məsud Pezeşkian

İqtisadiyyat Materials 27 Aprel 2025 21:47 (UTC +04:00)
Azərbaycanla ticarət, sənaye və müştərək əməkdaşlıqlar nöqteyi nəzərindən müsbət addımlar atıla bilər - Məsud Pezeşkian
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla ticarət, sənaye və müştərək əməkdaşlıqlar nöqteyi nəzərindən müsbət addımlar atıla bilər.

Trend xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian AzTV-yə müsahibəsində deyib.

"Azərbaycan və İran arasında əməkdaşlıq sahələri baxımından heç bir məhdudiyyət yoxdur. Bura parlamentlərarası münasibətlər, universitetlər arasında münasibətlər də daxildir. Biz həmçinin səhiyyə, müalicə, dərman və tibbi təchizat nöqteyi nəzərindən də əməkdaşlıq edə bilərik. Ticarət, sənaye və müştərək əməkdaşlıqlar nöqteyi nəzərindən qarşılıqlı müsbət addımlar atıla bilər", - o bildirib.

Onun sözlərinə görə, mədəniyyət, sənət və idman sahələri də iki ölkə arasında əməkdaşlığa töhfə verə bilər.

Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycana səfər edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti