Cəbrayıl. Trend:
Qarabağdakı bərpa işlərinin tempi adamı valeh edir.
Trend xəbər verir ki, bunu Suriyadan olan səyahətçi Fadi Assi Cəbrayıl rayonuna etdiyi səfər zamanı deyib.
“Tikinti işlərinin belə sürətlə aparılması, belə qısa müddət ərzində bu qədər şeyin inşa olunması adamı valeh edir. Hökumət insanlara dağılmış evlərin əvəzinə onlara təmannasız olaraq yenilərini verir”, - o bildirib.
Qeyd edək ki, bu gün dünyaca məşhur səyyahlar klubu "NomadMania"nın nümayəndə heyəti Cəbrayıl rayonunda səfərdədir. Səyyahlar Mehdili kəndində aparılan minatəmizləmə əməliyyatları ilə tanış olublar. Onlar daha əvvəl Füzuli, Şuşa və Xankəndidə olublar.