...

Tramp komandası qarşıdakı 100 gün üçün planlar hazırlayır

Dünya xəbərləri Materials 27 Aprel 2025 15:48 (UTC +04:00)
Tramp komandası qarşıdakı 100 gün üçün planlar hazırlayır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gələn həftə ikinci prezidentlik müddətinin ilk 100 gününü qeyd edəcək ABŞ Prezidenti Donald Trampın komandası artıq növbəti 100 gün üçün fəaliyyət planı hazırlayıb.

Trend xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Ağ Ev rəsmiləri bildiriblər ki, Tramp administrasiyası qarşıdakı dövrdə əsas diqqəti ticarət sazişlərinə və sülh danışıqlarına yönəldəcək. Bir rəsminin sözlərinə görə, Trampın "anbarda torpedalar"ı var, lakin onların nə olduğu barədə əlavə məlumat verilməyib.

Prezident Tramp növbəti həftə prezidentliyinin 100 günü münasibətilə Miçiqan ştatında mitinq keçirməyi planlaşdırır. Ağ Ev bu tədbirdə Trampın iqtisadi strategiyasını, qeyri-qanuni miqrantların deportasiyası istiqamətində atılan addımları, xarici siyasətdəki dəyişiklikləri və İlon Maskın rəhbərlik etdiyi Hökumətin Effektivliyi Departamentinin fəaliyyətini ön plana çıxarmağı nəzərdə tutur.

Anonimlik şərti ilə danışan bir məmur, bu addımları Trampın ikinci prezidentlik müddəti üçün nəzərdə tutulmuş daha geniş "mühafizəkar fantaziya" strategiyasının tərkib hissəsi kimi xarakterizə edib.

Tramp administrasiyası qarşıdakı 100 gün ərzində bir neçə ölkədən ABŞ-yə səyahətə məhdudiyyətlərin gücləndirilməsini də planlaşdırır. Digər bir rəsminin sözlərinə görə, administrasiya 90 gün ərzində yeni ticarət sazişlərinə nail olmağa ümid edir.

Xəbər lenti

Xəbər lenti