Bakı. Trend:
Prezident İlham Əliyev Syerra-Leone Respublikasının Prezidenti Culius Maada Bioya təbrik məktubu ünvanlayıb.
Trend xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Syerra-Leone Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və rifah arzulayıram."