...

Britaniyalı səyahətçi Qarabağdakı abadlıq və bərpa işlərinə heyran qalıb

Cəmiyyət Materials 26 Aprel 2025 14:35 (UTC +04:00)
Britaniyalı səyahətçi Qarabağdakı abadlıq və bərpa işlərinə heyran qalıb
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Cəbrayıl. Trend:

Qarabağdakı abadlıq işləri məni heyran qoyub.

Trend xəbər verir ki, bunu Böyük Britaniyadan olan səyahətçi Avi Rozenfeld Cəbrayıl rayonunda etdiyi səfər zamanı bildirib.

“İlk növbədə mən, burada aparılan abadlıq işlərinə , bu qədər şeyin bərpa olunmasında mənə çox böyük təsir bağışladı. Ayrıca olaraq mina problemini də qeyd etmək istərdim. Bu gün biz buraya minalardan təmizlənmə prosesi ilə əyani tanış olmaq üçün gəlmişik.

Hesab edirəm ki, minalardan təmizləmə Azərbaycan hökumətinin gördüyü çox vacib bir işdir. Tam təmizlənmənin xeyli vaxt aparacağını öyrənmək adamda təəssüf hissi oyadır. Biz bu gün vəziyyətlə tanış olmaq və gələcəkdə hansı addımların atılacağını öyrənmək üçün gəlmişik", - deyə o bildirib.

Qeyd edək ki, bu gün dünyaca məşhur səyyahlar klubu "NomadMania"nın nümayəndə heyəti Cəbrayıl rayonunda səfərdədir. Səyyahlar Mehdili kəndində aparılan minatəmizləmə əməliyyatları ilə tanış olublar. Onlar daha əvvəl Füzuli, Şuşa və Xankəndidə olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti